Argentina: un país maravilloso
Hər birimizin xəyallarında getmək istədiyi ölkə və yaxud ölkələr vardır. Kimisi xəyallarındakı bu ölkələrə getmək üçün müxtəlif planlar hazırlayar, kimisi isə iş səbəbiylə bu ölkələrə gedərək xəyallarını gerçəkləşdirər. Mənim də xəyallarımda olan ölkələrdən biri elə məhz Argentinadır.
Cənubi Amerikanın ən gözəl ölkələrindən olan və möhtəşəm insanlarıyla bizləri ovsunlayan bu ölkə haqqında müxtəlif maraqlı məlumatlar bölüşmək istəyirəm.
1. Argentinada yaşayan insanların kökənləri İspnayiyaya yaxud İtaliyaya məxsusdur.
Hətta bəzi insanların kökənləri həm İspan həm italyandır. İtalyan köçmənlərinin yaşadığı ən məşhur məhəllələrdən biri “Boca” məhəlləsidir.
2. Dünyanın ən geniş bulvarı Argentinanın paytaxtı Buenos Airesdə yerləşir. Adı isə “Avenida 9 de julio” adlanır. Məhz belə adlanmağının səbəbi isə Argentinanın müstəqillik günü ilə əlaqədar olmasıdır.
3. Argentinanın paytaxtı Buenos Airesı Cənubi Amerikanın Parisi də adlandırırlar. Şəhərin möhtəşəm memarlıq üslubu onu belə adlandırmağa əsas verir məhz bu səbəbdən də Cənubi Amerikanın ən gözəl paytaxtı da adlandıra bilərik.
4. Ölkə haqqında maraqlı faktlardən biri Argentina hesab edir ki, istənilən yerdən et, yəni mal əti yeyir. Dövlətin hər bir sakini üçün onun istehlakı ildə təxminən 50 kiloqramdır.
5. Argentina muzeylər ölkəsidir. Paytaxt Buenos-Ayresdə onlarla muzeylər mövcuddur və siz bura baş çəkməklə ölkənin zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərsiniz.
4. Ölkə haqqında maraqlı faktlardən biri Argentina hesab edir ki, istənilən yerdən et, yəni mal əti yeyir. Dövlətin hər bir sakini üçün onun istehlakı ildə təxminən 50 kiloqramdır.
5. Argentina muzeylər ölkəsidir. Paytaxt Buenos-Ayresdə onlarla muzeylər mövcuddur və siz bura baş çəkməklə ölkənin zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərsiniz.
Emin Səmədli
Otros blogs
Aprender español fácilmente
İspan dilini öyrənmək üçün qarşınıza real məqsədlər qoyun. Hədəflər qoymaq çox vacibdir, çünki hansı yönə doğru irəlilədiyinizi bilirsiniz v bu üsul sizi əminliklə məqsədinizə çatdıracaqdır. İSPANCA GÜNDƏLİK İŞLƏNƏN SÖZLƏRİ ÖYRƏNİN! İspan dilini öyrənməyə başlamaq üçün min söz öyrənməlisən? Tam olaraq yox. Əgər ümumi sözləri öyrənmək üçün səy göstərsəniz, dildə danışmağın yarısındasınız deməkdir. Bunun üçün saytımızda zəngin lüğət ehtiyatından istifadə edə bilərsiniz. İSPAN DİLİNİ HƏYATINIZIN BİR HİSSƏSİNƏ DAXİL EDİN! Bura her şey daxil ola bilər. İspan musiqi və radio kanallarına qulaq asmaq, ispan filmlərinə və seriallarına baxmaq, ispan mədəniyyəti haqqında oxumaq, sosial fəaliyyətlər planlaşdırmaq, Salsa, Flamenko və ya Bolero rəqsini öyrənmək və s. aid ola bilər. DİLİ PEŞƏKARLARDAN ÖYRƏNİN! Təbii ki, evdə təkbaşına başına işləməklə ispan dili öyrənmək mümkündür, lakin ispan dili tez və effektiv şəkildə öyrənmək istəyirsinizsə, Spanish Groups-a yazılaraq yüksək ixtisaslı müəllimlərimizin rəhbərliyində qrammatika, dinləmə, danışıq və yazı bacarıqlarınızı inkişaf etdirin.
Lee más
consejos para aprender español
Biliklərinizin sadəcə nəzəri olaraq və yaəzbərləməyə çalışdığınız sözlərləkifayətlənməsini istəmirsinizsə, gündəlikhəyatınızda ispan dilindən istifadəetməyə çalışın.Təqlid metodundan istifadə edin. Dilimizinmalik olduğunu vurğu və intonasiyanıunudun, ispanların ən çox hansı söz vəifadələrdən istifadə etdiklərinə, onları necətələffüz etdiklərinə və necə danışdıqlarınadiqqət yetirin.Özünüzlə danışmağı məşq edin,səsinizi yazın. Nə qədər çox məşq etsəniz,nitq bacarıqlarınız bir o qədər yaxşılaşacaq.Dili öyrənməyi bir iş kimi yox, gündəlikhəyatınızın bir hissəsi kimi yavaş-yavaşmənimsəməyə başlayın.Telefonunuzu hətta kompüterinizə dəİspan dilinə dəyişdirin! Bu sizi düşünməyə və öyrənməyə məcbur edəcək.Hər gün bir neçə səhifə ispanca kitab və ya jurnal oxuyun, ispan mahnılarına qulaq asın,seriallara baxın və saytlarına göz atın, ispan dilində xəbərləri oxumağa çalışın.Digər əsas məsələlərdən biri də ictimaidanışma qorxusunu aradanqaldırmaqdır. Danışmaqdan və səhvetməkdən qorxmayın! Unutmaq olmaz ki,bir çox insan səhv edir və səhvlərdən dərs alır.Səhv etdikcə doğrusunu öyrənəcəksiniz.Öyrəndiyiniz söz və cümlə strukturlarınınyaddaqalanlığını artırmaq üçün ispan dilinin gündəlik danışıqdakı istifadəsinivə nümunə İspan dialoqlarını araşdırabilərsiniz.Dili peşəkarlardan öyrənin. Təbii ki, evdətəkbaşına işləməklə ispan dilini öyrənməkmümkündür, lakin ispan dilini tez və effektivşəkildə öyrənmək istəyirsinizsə,Spanish Groups-a yazılaraq yüksək ixtisaslımüəllimlərimizin rəhbərliyində qrammatika,dinləmə, danışıq və yazı bacarıqlarınızıinkişaf etdirin.
Lee más
7 razones por las que deberías aprender español
Günümüzdə İspan dili ən çox öyrənilən dillərin siyahısında ön sıralarda yer alır. Belə ki, istər səslənməsi istərsə də axarlı olması bu dilə marağı bir qədər də artırır. Əgər siz də İspan dilini öyrənməyə başlamamısınzsa aşağıda sadaladığım 7 səbəb sizin bu dilə marağınızı bir qədər də artıracaq. 1. Dünyanın ən çox danışılan dillərindən biridir. İspan dili 500 milyondan çox insanın ana dili və 21 ölkənin rəsmi dilidir. Belə ki, İspan dili say etibarilə ingilis dilini də geridə qoyaraq dünyada ən çox danışılan ikinci dildir. İkinci dil kimi isə ABŞ-da (Amerika Birləşmiş Ştatları) istifadə olunur. Həmçinin Avropa Birliyi ölkələrinin 15% i bu dildə danışır. 2. Sizə parlaq gələcək bəxç edən bir dildir. Bu dildə danışanların sayı son onillikdə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, araşdırmalara görə İspan dili İngilis, fransız, Çin dillərini geridə qoyaraq ikinci dil kimi öyrənilməli olan ən vacib dil hesab olunur. Araşdırmalara əsasən 2060 – cı ilə qədər ABŞ-da (Amerika Birləşmiş Ştatları) 130 milyon insan bu dildə danışacaq. 3. Karyera imkanları açır. İş dünyasında bu dili bilmək həm iş sahiblərinə həm də isçilər üçün lazımlıdır. Belə ki, rəhbər heyət daima onlara beynəlxalq mühitdə yardım edə bilən işçi axtarırlar və bu zaman isə heç şübhəsiz ki, İspan dili bilmək böyük bir üstünlük yaradır. 4. Səyahət imkanları yaradır. Səyahət etmək ən gözəl təcrübələrdən biridir, ələxsus İspan dilini bilirsinizsə. 5. Xaricdə işləyə və təhsil ala biləcəksiniz. Rahat şəkildə səyahət edə bilmək hər kəs üçün xos bir hissdir, lakin bu dili öyrənmək sizə İspandilli ölkələrdə iş imkanları yaradır. 6. Boş vaxt və əyləncələriniz üçün seçim şansınızı artıracaq. Son 30 ilin ən yaxşı filmləri İspan dilində çəkilmişdir. Belə ki, İngilis və digər dillərdə alt yazılar olmasına baxmayaraq filmə original dildə baxmaq daha zövqlüdür. 7. İspan dilini öyrənmək heç də çətin deyil. Digər dillərlə müqayisədə İspan dilini öyrənmək daha sadə və rahat hesab olunur. Belə ki, bu dili öyrənən şəxslər yeni bir əlifba öyrənmirlər və ən əsasi sözlərin tələffüzü heç də çətin deyil. İspan dili öyrənərkən diqqət yetirməli olduğumuz ən əsas məqamlardan biri cümlə quruluşuna fikir verməkdir. Emin Səmədli,
Lee más
Razones para vivir en Cuba
Planetin digər bir üzündə yerləşən bu heyrətamiz ölkədə heç şübhəsiz ki, ən gözəl yerlərindən biri də çimərlikləridir. Burad sular çox şəffafdır və siz balıqların tam aydınlıqla üzdüyünü görə bilərsiniz bundan əlavə Kuba dənizlərinin qumları incə və ağ olmağına görə digərlərindən müsbət mənada fərqlərnir. Hər kəs bu heyrətamiz ölkəyə ən azı bir dəfə getməlidir. Kubanın ən gözəl çimərlikləri bunlardır. 1. Playa de Varadero 2. Cayo Guillermo 3. Playa Ancón 4. Cayo Saetía 5. Playas de Cayo LargoƏgər qastronomiya həvəskarısınızsa, Kuba yeməklərini sınamadan dayana bilməzsiniz. Kubanın mətbəxindən heç vaxt tərəvəz, ət və ya meyvə əskik olmur. Sizə səyahət zamanı "el arroz con pollo", "el sándwich cubano", "el congrí y la vaca frita" dadmağı məsləhət görürük. Bütün bu yeməkləri istənilən restoranda və çox münasib qiymətə tapmaq olar.Kuba mədəniyyəti zəngin, müxtəlif və çox maraqlıdır. Bir neçə ay orada olsanız anlayacaqsınız ki, kubalılar musiqisiz, rəqssiz və hər şeydən əvvəl söhbətsiz yaşaya bilməzlər. Kubalılar çox söhbətcildirlər və sizin çoxlu kubalı dostlarınız olacaq. Bu ölkədə diqqətimi çəkən başqa bir məqam isə hər zaman hər yerə tələsik gedən bizdən fərqli olaraq insanların çox sakitl olmasıdır.Emin Samadli,
Lee más
Razones para vivir en Madrid
Əgər hər hansı bir Avropa şəhərinə köçmək istəyirsinizsə heç sübhəsiz ki, Madrid ən gözəl seçim olardı. Nəyə görə Madrid? İlk öncə qeyd etmək lazımdır ki, Madrid böyük tarixi dəyərlərə malik bir şəhərdir. Şəhərdə yüzlərlə mədəniyyət mərkəzləri, teatrlar, sərgi zalları mövcuddur. Bunlardan ən əsası isə təbii ki, Prado və yaxud Reina Sofia muzeyidir. “El Matadero” mədəniyyət mərkəzi də Madridin hal – hazırda ən əsas mədəni mərkəzlərindən biridir. Dünyada çox az paytaxt şəhər vardır ki, ölkənin mərkəzində yerləşir. Belə ki, siz istənilən nəqliyyat vasitəsilə İspaniyanın digər şəhər və əyalətlərinə çox rahatlıqla gedə bilərsiniz. Bundan əlavə, Madriddən dünyanın istənilən ölkəsinə geniş hava nəqliyyat şəbəkəsi də mövcuddur. Həmçinin qeyd etmək lazımdır ki, Madrid avropanın London, Paris kimi ən iri şəhərləri ilə müqayisədə daha yaxşı həyat keyfiyyətinə malikdir. Bu şəhərin özünəməxsus mətbəxi isə burada yaşamaq üçün ən əsas səbəblərdən biridir. Onu da vurğulayaq ki, Madrid avropanın ən keyfiyyətli və rahat nəqliyyat şəbəkələrinə malik şəhərlərdən biridir. Kifayət qədər böyük bir şəhər olmasına baxmayaraq maşından istifadə etmədən metro və avtobusla şəhərin bütün yerlərinə rahatlıqla gedə bilərsiniz. Bu möhtəşəm şəhərdə yaşamaq üçün digər vacib səbəblərdən biri isə burada daima xoş havanın olmasıdır. Butada orta aylıq temperatur 15 dərəcədir. İlin ən soyuq ayı isə ortalama 6 dərəcə ilə yanvar ayı hesab olunur. Yay ayları isə ən yuxarı temperatur kimi 35 dərəcə ilə daha isti keçir. Bu şəhərə ilk dəfə gələnləri təəccübləndirən digər məqamlardan biri də burada geniş yaşıllıq ərazinin olmasıdır. Heç sübhəsiz ki, bunlardan ən məşhuru Retiro parkıdır. Lakin, təbii ki, bunun kimi digər iri parklar da mövcuddur. Buna misal olaraq Kapriço parkı (el Parque de Capricho) və yaxud Qərb Parkını (El parque de Oeste) göstərə bilərik. Madriddə hər kəs yaşaya bilər: ailələr, cütlüklər, tələbələr.. Belə ki, hər zövqə və hər büdcəyə uyğun məhəllə və qəsəbələr mövcuddur. Champerí və Moncloa ailələr üçün ən yaxşı seçimdir. Tələbələr isə adətən Chueca və Malasaña zonalarına üstünlük verirlər. Son olaraq və ən əsası iş imkanını vurğulayaq. Onu qeyd etmək lazımdır ki, Apple, Samsung, Amazon və bu kimi dünyanın ən nüfuzlu şirkətlərin bəzi mərkəzi binaları məhz Madriddə yerləşir. Emin Səmədli
Lee más
Tradiciones de navidad en España
İspaniyada yeni il, iki gecədə qeyd edilir. Bunlardan ilki, 24 dekabrdan 25 inə keçən gecə ‘Navidad’ digər adı isə ‘Noche Buena’ yəni 'İsa"nın doğum günü.‘Noche Buena’ (gözəl gecə) hər kəsin çox önəm verdiyi, adətən bütün ailənin bir araya gəldiyi, birlikdə axşam yeməyi yeyilən bir gecədir.. İspaniyada keçmişdən bəri 'Navidad' i göstərən dekorasiya ‘Belen de Navidad’dır.Yeni il ‘Noche Vieja’ (köhnə gecə mənasında) isə bizim de qeyd etdiyimiz 31 dekabrdan 1 yanvara kecen gecədir. Bu gecə qeyd olunan bayram dostlarla səhər hava işıqlanana qədər davam edir. Bütün televizor kanalları gecə saat 12 yə yaxınlaşdıqca Madriddəki Puerta del Sol Meydanından canlı bağlantı edirlər. Hər il minlərcə şəxsin yeni ili qarşıladığı "Puerta del Sol" da rəngarəng mənzərələr, konsertler, şənliklər keçirilir.Meydandakı saat 12-ə saniyələr qaldığını bildiren zaman , bütün ölkədə zəng səsləri eşidilyə başlayır. Elə məhz bu zaman da ilin 12 ayını bildirən 12 üzümü yemək vaxtıdır! Bu İspanlarin yeni ilde uğurlu olacağına dair bir inancıdır . Əgər üzümləri hər saniyə bir ədəd 12 saniyə ərzində yeyə bilsəniz yeni ilin sizin üçün uğurlu keçəcəyinə inanılır. Yalnız üzümlərin həcminin kiçik ərik ölçüsündə olduğunu nəzərə alsaq bu işin heç də asan olmadığını görərik.:) Üzümlər yediktən sonra yenə bol şans gətirməsi üçün Cavalarla (İspanların şampana bənzəyən içkisi) dolu qədəhlər qaldırılır.
Lee más
Razones para vivir en Valencia
Valencia şəhəri İspaniyanın ən turistik şəhərlərindən biri olmaqla yanaşı ölkənin Madrid və Barselonadan sonra ən böyük üçüncü şəhəridir. Bu məqalədə sizə Valensiya şəhəri ilə bağlı bütün məlumatları verəcəyik. İspaniyada yaşamaq ucuz deyil. Belə ki, Barselona və Madrid kimi böyük şəhərlərdə mənzil sizə orta hesabla 200.000 avrodan başa gələcəkdir. Belədirsə onda Niyə Valensiyaya köçməyək?! Bu şəhərin havası daima xoşdur, şəhər əyləncəlidir, sahildə yerləşir və ən əsası pulunuzun miqdarına görə daha çoxunu əldə edə bilirsiniz. Valensiya boş vaxtlarınızı keçirmək və idman etmək üçün çox geniş yaşıllıq zonasına malikdir. Təbii ki, bu yaşıllıq ərazilər şəhərin havasına da müsbət təsir edir. Dünyanın ən maraqlı bayramlarından biri bu şəhərdə mart ayında keçirilir. Belə ki, bu ay ərzində sıxılacağınız bir gün belə olmayacaq. Geniş mədəniyyətə malik bir şəhərdir. Burada siz əksər muzeylərə pulsuz daxil ola və şəhər mədəniyyəti barədə daha çox məlumata sahiblənə bilərsiniz. Geniş və çox rahat nəqliyyat şəbəkəsinə malikdir. Belə ki, siz maşından istifadə etmədən avtobus və tramvaylar vasitəsilə şəhərin istənilən nöqtəsində çox rahat şəkildə gedə bilərsiniz. Nəhayət siz burada əsl Valensiyasayağı Paella dada biləcəksiniz və əminliklə demək olar ki, ən azı bir litr Valensiya suyu içəcəksiniz 🙂
Lee más
Murcia : una región llena de Historia
Mursiya əyaləti Valensiya və Əndəlüs əyalətləri arasında yerləşir. Gözəl havası, iş imkanları, təbiəti və ən əsası tələbə şəhərciyi bu şəhərə marağı daha da artırır. Mursiyada yaşamağın ən başlıca səbəblərindən biri heç şübhəsiz ki, onun havasıdır. Belə ki, burada günün 14 saatı daima günəşli olur və əksər fəaliyyətlərinizi açıq havada həyata keçirə bilərsiniz. Bu şəhərin ən böyük maraq doğuran məqamlarından biri də maraqlı tələbə həyatı keçirmək şansıdır. Belə ki, hər il Azərbaycan da daxil olmaqla dünyanın yüzlərlə ölkəsindən bu şəhərə təhsil almağa tələbələr gəlir. Mursiyanın tarix və ənənələri buranı füsunkar edən səbəblərdən biridir. Qədim tarixə malik bu şəhərdə siz müxtəlif dövrlərə aid olan İspaniya mədəniyyəti ilə yaxından tanış ola bilərsiniz. Ən əsası isə siz burada İspaniyanın ən gözəl çimərliklərində öz asudə vaxtlarınızı əylənərək keçirə bilərsiniz. Carolina y El Hornillo en Águilas, Calblanque y Playa Paraíso en Cartagena, Bolnuevo y Percheles en Mazarrón o la famosa Manga del Mar Menor çimərlikləri nəinki Mursiyanın bütövlükdə İspaniyanın ən gözəl çimərliklərindən hesab olunur. Gördüyünüz kimi Mursiyada yaşamaq və bu şəhərə getmək üçün kifayət qədər səbəblər mövcuddur. Emin Səmədli.
Lee más